Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların quruduğu faktı aşkarlanıb.Yeniavaz.com xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov deyib. Bildirilib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Ailə Park” MMC tərəfindən qəsdən qurudulduğu və təbiətə ümumilikdə 11760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.