Gəncədə zibil poliqonu ekoloji fəlakət mənbəyinə çevrilib - VİDEO


bitmap-img6

Gəncənin əsas zibil poliqonu yaxınlığında yaşayanlar tez-tez burada tullantıların yandırılmasından şikayətçidirlər. Sakinlər deyir ki, bəzi hallarda yanğının söndürülməsi gecikdiyindən ətarafa yayılan tüstü dözülməz həddə çatır. Cavabdeh qurumdan isə vəziyyətin nəzarətdə saxlanıldığı məsələnin birdəfəlik həlli istiqamətində iş aparıldığı bildirilir. 

Zibil poliqonuna daşınan tullantılar alışır, ətrafa yayılan tüstü yaxınlıqda yaşayanları narahat edir. 

Hansı səbəbdən başlaması bəlli olmayan yanğınlar söndürülsə də bu halın vaxtaşırı baş verməsi sakinləri təngə gətirir.

Ərazidə yaşayanlar deyir ki, bir çox hallarda yanğına zamanında müdaxilə olunur. Ancaq bəzən alovun söndürülməsi gecikdiyindən vəziyyət dözülməz həddə çatır.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildirilib ki, mövcud qanunvericliyə görə, yeni salınan yaşayış məntəqələri və evlər zibil paliqonlarından 1.5 km uzaqlıqda yerləşdirilməlidir. Ancaq adıçəkilən yaşayış məntəqəsindəki evlər bu normativ tələblərə zidd olaraq şəhər poliqonun bir neçə yüz metirliyində inşa edilib. Buna baxmayaraq poliqon qurumun əraziyə təkim olunan əməkdaşları tərəfindən daim mühafizə olunur və zərurət yarandıqda xüsusi texnikalar vasitəsilə müdaxilə edilir. Qurumdan həmçinin bildirilib ki, yaxın vaxtlarda poliqonunun ekoloji vəziyyətini yaxşılaşdırılması, məişət tullantılarının utulizasiyası və idarə olunması məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankının xüsusi layihəsinin icrasına başlanılacaq. 




Tarix: 11-09-2022, 12:05
Xəbəri paylaş





Xəbər lenti