Nizami rayonunda antisanitariya hökm sürür: Məhəllə zibilliyə qərq olub - Şikayət / VİDEO


Paytaxtın Nizami rayonunun  Oqtay Vəliyev küçəsində antisanitariya hökm sürür.
Bu barədə Yenicag.az-a həmin ünvanda yaşayan sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, ərazidəki köhnə tikili söküləndən sonra yerində heç bir şey tikilməyib və böyük oyuq əmələ gəlib.
Artıq 5 ilə yaxındır ərazidə heç bir tikinti işinin aparılmadığını bildirən vətəndaşlar sözügedən oyuğun zibillik kimi istifadə olunduğunu, bunun da antisanitariya yaratdığını qeyd ediblər.
Məhəllədə zibil qutuları quraşdırlmadığından vətəndaşlar məcbur olub zibilləri həmin oyuğa tullayırlar. Əraziyə zibil qutularının quraşdırlması və oyuğun doldurulması ilə bağlı dəfələrlə Nizami Rayonu İcra Hakimiyyətinə müraciət etdiklərini deyən sakinlər heç bir nəticə əldə etmədiklərini bildiriblər.
Ərazidən görüntüləri təqdim edirik:
Tarix: 19-09-2022, 17:00
Xəbəri paylaş





Xəbər lenti