700 mindən çox borcu olan “Akkord Nəqliyyat” kapitalını artırır

700 mindən çox borcu olan “Akkord Nəqliyyat” kapitalını artırır
“Akkord Nəqliyyat” MMC (VÖEN- 1502885361) nizamnamə kapitalını artırdığını elan edib.
Siam.az yeniavaz.com-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Teymur Əliyev, ev 59 ünvanında qeydiyyatda olan “Akkord Nəqliyyat” MMC 06.05.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Məmmədbağırov Sərxan İlham oğludur.
“Akkord Nəqliyyat” nizamnamə kapitalını 616 min 100 manat artıraraq 2 milyon 188 min 730 manat 71 qəpikdən 3 milyon 503 min 460 manat 71 qəpiyə çatdırır.
Onu da qeyd edək ki, 2 ay əvvəl “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Logistika Mərkəzi” MMC (VÖEN- 1805486991) nizamnamə kapitalını kəskin azaldıb. 26.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınan və Sabunçu rayonu, 1-ci mədən ünvanında qeydiyyatda olan “Akkord Logistika Mərkəzi” MMC nizamnamə kapitalını 46 min 635 dəfə azaldaraq 4 milyon 634 min 790 manatdan 100 manata qədər endirib. Bu MMC-nin qanuni təmsilçisi də Məmmədbağırov Sərxan İlham oğludur.
Bundan başqa təxminən bir ay əvvəl “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin əsas səhmdarlarından (49%) olan Vəliyev Dərya Müsəllim oğlunun rəhbərlik etdiyi “Buıldıng Constructıon Group” MMC (VÖEN – 1503385861) nizamnamə kapitalını 1,7 milyon dəfə azaldıb. Nərimanov rayonu, Məmməd Araz, ev 95-də yerləşən “Buıldıng Constructıon Group” MMC-nin nizamnamə kapitalından 175 milyon 235 min 600 manat geri götürülür və MMC-nin nizamnamə kapitalı 100 manata qədər azaldılır.
Eyni zamanda qeyd edək ki, “Akkord” adlı şirkətlərin dövlət büdcəsinə də böyük həcmli vergi borcları yaranıb. Məsələn, “Akkord Nəqliyyat” MMC-nin (VÖEN-1502885361) hazırda dövlət büdcəsinə 702 min 819 manat 19 qəpik vergi borcu var.
Onu da bildirək ki, uzun illər mətbuatda “Akkord” şirkətinin sabiq baş prokuror Zakir Qaralaova məxsus olması ilə bağlı çoxsaylı yazılar yayımlanıb.


Tarix: 6-10-2022, 22:00
Xəbəri paylaş





Xəbər lenti