Rövnəq Abdullayevin məşhur bacanağı "VURULDU" - Aşağı vəzifəyə göndərildi


Azərbaycan Respublikası Dövlət Neft Şirkətində(SOCAR)kadr dəyişikliyi baş tutub.
Manset.az-ın əldə etdiyi məlumata görə, SOCAR-prezidenti Rövşən Nəcəfin müvafiq əmri ilə SOCAR-ın Baş Ofisinin Təchizat İdarəsinin rəisi Mehman Akbərov tutduğu vəzifəsindən azad olunub. Digər əmrlə o daha aşağı vəzifəyə, "Nefatqaztikinti" Trestinin müdirinin müşaviri vəzifəsinə təyin edilib. Mehman Akbərov artıq kollektivə təqdim edilib.
 
Qeyd edək ki, Mehman Akbərov sabiq SOCAR prezidenti, hazırda İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışan Rövnəq Abdullayevin bacanağıdır. Onun zaman-zaman bir çox qalmaqallarda adı hallanıb.
Tarix: 14-10-2022, 11:17
Xəbəri paylaş





Xəbər lenti