Regional Təhsil İdarələrində nə baş verir?- Biabırçı vəziyyət isə Mərkəzi Aran Regional Təhsil idarəsindədir



Turantv.az:- Kadr seçimlərində, yeni təyinatlarda baş verən ilginc qanun pozuntuları…
Sərdar Nəbiyev – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Oğuz rayonu üzrə Təhsil Sektorunun müdir. İcrada işləyib. Dövlət qulluğu imtahanından keçməyib.
Kəmalə Əhmədova – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayonu üzrə Təhsil Sektorunun müdiri məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.
Bəhruz Nəbili – Şəki-Zaqatala Regional Təhsil İdarəsi Tədrisin Keyfiyyəti Sektorunun müdiri “MƏDƏT” kurslarında təlimçi olub, son iş yeri Biləsuvarda kənd məktəbində direktor işləyib. Dövlət qulluğu imtahanından keçməyib.
Cavad Cavadlı – Mərkəzi Aran Regional Təhsil İdarəsi Tədris Keyfiyəti sektorunun müdiri. Göyçay rayon Potu kənd məktəbinin direktoru olub. “MƏDƏT” kurslarında təlimçi olub. Dövlət qulluğu imtahanından keçməyib.Leyla Bayramova – Mərkəzi Aran Regional Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil Sektorunun müdiri. Təlimçi olub, Ağdaş rayon 7 saylı tam orta məktəbdə tarix müəllimi işləyib. Dövlət qulluğu imtahanından keçməyib.
Sevinc Həsənova – Mingəçevir şəhər 16 saylı tam orta məktəbin direktoru 24 balla məktəb direktoru olub, müsahibədən də Firudin Qurbanovun tapşırığı ilə keçib. Dövlət qulluğu imtahanından keçməyib.Mərkəzi Aran RTİ Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri təyin olunması Mingəçevirin təhsil ictimaiyyətini şoka salıb.
Xanım Həsənova yeni təyinatını burununu kəsdirməklə qeyd edib və hazırda özündən razı şəkildə müəllimlərə yuxarıdan aşağı baxır, süründürməçiliyə yol verir. Demək olar ki, idarəetmədən və təhsil sənədlərindən, hüquqi normativ aktlardan xəbəri yoxdur.
Namidə Abbasova – Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil Sektorunun müdiri. Havarlı kənd məktəbində direktor əvəzi işləyən Namidə Abbasova hansısa gözəgörünməz əllərin sayəsində 1 ili tamam olmamış müqavilə ilə təhsil şöbəsinin müdiri təyin olunub. Daimi dövlət qulluqçusu olmamağına baxmayaraq hazırda Yevlax şəhər Təhsil sektorunun müdiridi. Adamın nə savadı, nə danışıq qabiliyyəti, nə də ünsiyyət qurmaq mədəniyyəti var.
Yevlaxdakı 1,2 və 7 №-li məktəblərin direktorları direktorların işə qəbulu imtahanlarında uğur qazanmayan “ələdüşməz” kadrlardandır. S.Əliyev adına 1 №-li tam məktəbin direktoru, ixtisasca ingilis dili müəllimi olan Əfsanə Səlimovanın nəinki ingilis dilində, heç Azərbaycan dlində tərcümeyi-halnı yazmağa savadı yoxdur. Hələ rəhbərlik etdiyi məktəbdə baş verən dindar müəllimin “Xomneyi sevgisi”, 12-ci imama həsr olunan mahnı qalmaqalı bir ayrı mövzudur. Onun necə və hansı meyarlarla direktor təyin olunması 21-ci əsrin möcüzələrindən hesab olunur. Onun rahatlıqla “Yevlax təhsilinin əfsanəsi” adlandırmaq olar.
Nizami adına 7 №-li tam orta məktəbin direktoru Üliviyyə Ağayeva da “ələdüşməz” kadrlardan hesab olunur. İşçilərinə yuxarıdan aşağı baxan, adı seçki saxtakarlıqlarında, müəllimlərdən dərs bölgüsünə görə pul yığmada hallanan bu xanım direktor da Yevlaxda çox məhşur rəhbərlərdəndir.
“Bollivud” aktirisalarından fərqlənməyən və təhsilə heç bir aidiyyatı olmayan Yevlax şəhər 2 №-li məktəbin direktoru Sədaqət Şükürova isə ayrı aləmdi. Bu adam Azərbaycan təhsilinin gələcək faciələrinin SOS siqnalıdır. Hələ bu azmış kimi rəhbərlik etdiyi məktəbdə baş verən biabırçı “xadimə əməliyyatları”, direktorun borclarının ödənilməsi üçün müavinlərinin az qala dilənçi kimi şıdırığı pul yığması, fiziki tərbiyə müəllimin “kino-filmi” və Sədaqət Şükürovanın baş verənləri gizləməsi…tükürpədən digər olaylar və daha nələr, nələr…
Bəs təhsil adamı olan Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov nə düşünür? O, bu biabırçılıqların qarşısını alacaqmı?
Elnur Qasımov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Göygöl rayonu üzrə Təhsil Sektorunun müdiri təlimçi olub. Gəncədə məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.
Xəyal Məmmədov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Naftalan-Goranboy rayonları üzrə Təhsil Sektorunun müdiri Goranboyda məktəb direktoru olub. Dövlət qulluğu imtahanından keçməyib.
Elmir Cəfərov – Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri. Məktəb direktoru və təlimçidir. Dövlət qulluğu imtahanından keçməyib.
Əksər idarələrdə məsləhətçilər çoxdu müsabiqəsiz və müsahibəsiz Dövlət Qulluğu haqqında Qanuna zidd olaraq götürülüblər.
Görəsən, bu qanunsuzluqlara görə kimlər məsuliyyət daşıyır?
Niyə təhsil sahəsi üzrə dövlət qulluğundan keçmiş və idarəetmə təcrübəsi olanlar kənarda qalır?
Regional təhsil idarələrinin mövqeyini dərc etməyə hazırıq (Dunyaninsesi.Az)
Tarix: 19-10-2022, 16:21
Xəbəri paylaş





Xəbər lenti