Pensiya ilə bağlı yenilik
"Pensiyaya çıxan və sosial müavinətə müraciət edən zaman daha heç bir sənəd təqdim etməyə ehtiyac olmayacaq. “Əmək Pensiyaları”, “Sosial Müvaniətlər” və “Sosial Xidmət” haqqında qanunlara Milli Məclisin Plenar İclasında birinci oxunuş dəyişikliklər qəbul olundu. Plenar iclasda təqdim etdiyim qanun layihələrində nəzərdə tutulan dəyişikliklərə əsasən vətəndaşlarımız pensiyaya çıxan və ya müavinət almaq istəyən zaman o heç bir sənəd təqdim etməyəcək. Lazım olan bütün sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə məsul dövlət qurumunun özü tərəfindən əldə ediləcək. Əgər hər hansı sənəd elektronlaşdırılmayıbsa, o zaman vətəndaşın razılığı ilə dövlət qurumu özü digər quruma sorğu göndərib onu əldə edəcək". Pravda.az-ın xəbərinə görə, bunu deputat
Vüqar Bayramov bildirib.
"Məsələn, əgər vətəndaşın pensiya yaşı tamam olubsa və o pensiyaya müraciət edibsə o zaman həmin şəxsdən heç bir sənəd tələb edilməyəcək. Hətta hansısa sənəd, məsələn, arxiv ilə bağlı hər hansı məlumat elektronlaşmayıbsa o zaman Dövlət Sosial Müdafiə Fondu öz sorğu göndərib həmin informasiyanı əldə edəcək. Bu dəyişikliklər şəffaflığın gücləndirilməsi və hesabatlılığın artırılması baxımdan əhəmiyyətlidir. Praktik olaraq, son dəyişikliklər ilə əksər xidmətlərə müraciət elektronlaşır və məmur-vətəndaş birbaşa ünsiyyəti minimumlaşdırır. Nəticədə, xidmətlərə müraciətlər üzrə elektron model daha da güclənir" - V.Bayramov qeyd edib.
Tarix: 22-10-2022, 15:01