Bakıda bu ərazi plana düşdü: Söküntü işləri başladı - Video


Böyük bir ərazidə fərdi yaşayış evlərinin sökülməsinə başlanıb. Evlərin sökülməsinə başlanan ərazi paytaxtın Nəsimi rayonunun ''Papanin'' kimi tanınan hissəsidir.

Yeniavaz.com "Xəzər xəbər"ə istinadla xəbər verir ki, Cəlil Məmmədquluzadə, Novruzov qardaşları, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində ümumilikdə 4 hektardan artıq ərazidəki fərdi evlərin sökülməsi, əvəzinə hündürmərtəbəli yaşayış binalarının tikilməsi planlaşdırılır.
Razılıq əldə olunanlar kirayəyə köçürülür. Onlara binalar tikildikdən sonra evlərin veriləcəyi bildirilib.
Bununla belə, hələlik şirkətlə razılığa gəlməyənlər də var. Bəzi sakinlər şərtlərin onların dediyi kimi olmasını istəyirlər.
MTK-nın direktoru Aslan Quliyev bildirdi ki, ümumilikdə söküntü və tikinti işlərinin 3 il ərzində tam sona çatdırılması hədəflənir.
 
Tarix: 23-10-2022, 14:49
Xəbəri paylaş





Xəbər lenti