Qaziyə niyə əlillik təyin olunmur? - VİDEO


Vətən müharibəsi iştirakçısı olan 21 yaşlı tovzulu gənc əlillik dərəcəsini ala bilmədiyini idda edir.
 
Pravda.az xəbər verir ki, “Xəzər Xəbər”ə danışan Tovuz sakini Cavid İsaqov ordu sıralarından tərxis olunmasına iki ay qalmış Vətən Müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılıb.
 
O, Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb.
 
Cavid İsaqov əmək qabiliyyəti itirdiyini, heç bir yerdə işləyə bilmədiyini deyib. O iddia edir ki, əlillik dərəcəsinin təyinatı üçün etdiyi müraciətlərə imtina cavabı gəlir.
 
Onun sözlərinə görə bir müddət ev şəraitində müalicə alıb. Daha sonra müalicəsini xəstəxanada davam etdirib.
 
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin şöbə müdiri Tural Qurbanov bildirib ki, Cavid İsaqovun əlilliyinin qiymətləndirilməsi məqsədilə qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən Əlillik altsisteminə göndərişi daxil edilib. Göndərişin səbəbi ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu üçün o, oktyabrın 25-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə ediləcək. Məhz əyani müayinənin nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.

Tarix: 24-10-2022, 23:37
Xəbəri paylaş





Xəbər lenti