Vidadi Muradovun müsadirə olunmuş şirkəti məhkəməyə verildi
"Euro Style LTD" MMC "Azər İlmə" MMC ilə bağlı məhkəməyə müraciət edib. Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, "Euro Style LTD" müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: "Azər İlmə" MMC şirkəti “Azərxalça”nın sabiq sədri, ev dustaqlığında ölən Vidadi Muradova məxsus olub. 11 milyon dəyərində olan şirkət keçmiş sədr həbs edilən zaman müsadirə olunmuşdu.
Tarix: 8-04-2023, 11:44