Sumqayıtda məktəbin tualetini "ev"ə çevirdilər - VİDEO
Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbindən biabırçı görüntülər yayılıb. Siam.az xəbər verir ki, bu barədə sakinlər müraciət ediblər. Bildirilir ki, məktəbin girişindəki köhnə tualet “ev”ə çevrilib. “İçəridə qaçqın adı ilə kimin yaşadığı məlum deyil. İki gündür məktəb rəhbərliyinə, icra nümayəndəsinə müraciət etmişik. Hələ də bir araşdırma aparılmayıb. Gəlsin araşdırsınlar, görək, kimdir orada yaşayan?!. Bu vəziyyətdə, bu şəraitdə orada kim qala bilər axı?! Əvvəllər həmin tikili ayaqyolu olub. Maraqlıdır, məktəb o “ev”i kimə verib? Nə üçün verib?”. Məsələ ilə bağlı 1 nömrəli məktəblə əlaqə saxlasaq da cavab verən olmadı. Mövzunu davam etdirəcəyik… Həmin görüntüləri təqdim edirik: