Lənkəran 5 saylı “MERO”da “prava” alveri… – Rəis Kamran Məmmədov “tarifi” qaldırıb…

Turantv.az:- Məlumdur ki, neçə illərdir  Azərbaycan cəmiyyətində bir MERO söhbəti var.
Söhbət  Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsindən gedir.
Ümumiyyətlə, son 20 ildə Bələdiyyə deyiləndə hamının ağlına torpaq satmaq gələn kimi, MERO deyəndə də hamı PRAVA  satmağı başa düşür.
Bəli, uzun illərdir ki,  bir çox sürücülər heç bir idarəetmə təcrübəsi olmadığı halda pul verib sürücülük vəsiqəsi, yəni PRAVA alırlar.
Yollarda baş verən avtomobil qəzalarının da səbəblərindən biri, bəlkə də birincisi pul verib PRAVA alan sürücülərdir.
Yeri gəlmişkən, dünyada avtoqəzalardan ölənlərin sayına görə, ölkəmiz ön sıralarda gedir.
Sözün qısası,  MERO məsələsi neçə illərdir ki, ölkəmizdə ciddi  problemə çevrilib.
Ötən il  cənab Daxili İşlər Naziri, general polkovnik, hörmətli  Vilayət Eyvazovun əmri ilə Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov tutduğu vəzifədən azad edilərək  5 saylı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəis təyin edildi. 
Təəssüf ki,  bu gün də  Lənkəran MERO-da  köhnə ənənələr və qaydalar davam edir.
Sadəcə,  Kamran Məmmədov rəis təyin olunandan sonra “qiymətlər”  bahalaşıb.
Belə ki, əvvəl  “prava”  almağın qiyməti  900 manat idisə, indi  1100 manata qalxıb.
Bunun üçün  “parava”  maklerləri var, onlara yaxınlaşıb  sövdələşmək  yetər.
Sürücülük vəsiqəsindən başqa   maşınların texniki müayinədən keçirilməsi də əsl bazara çevrilib.
Belə ki,  rəisin maklerləri  sürücülərlə danışıb pulu alandan sonra texniki baxışla bağlı sənəd verilir.
Bundan başqa nömrə  almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə, ondan çox haqq alınır. Qeyd edilir ki,qanunu tələb edən sürücülər rəisin adamları tərəfindən təyziqlərə məruz qalırlar.Bildiyiniz kimi, oğurluq maşınları qeydiyyatı da  MERO-da baş  verir.
Digər məsələni də qeyd edək ki, kateqoriya dəyişdikcə  sürücülük vəsiqəsinin  qiyməti də  dəyişir.
Sözün qısası, Lənkəran MERO-da özbaşnalıq və qanunsuzluqlar baş alıb gedir.
Qeyd edək ki, yazıda dərc olunan məlumatlar müxtəlif saytlardan götürülmüşdür.
Yazıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.Gündəlik Bakı




Tarix: 10-04-2023, 23:55
Xəbəri paylaş





Xəbər lenti