'Sipark'dan şikayət - VİDEO
Külli miqdarda pul verib ev alan şəxs mənzilini təmir edə bilmir. Bu iddia ilə zərərçəkmiş şəxsin vəkili Vasif İsrafilov çıxış edir.
Vəkil deyir ki, ev sahibi 2018-ci ildə Nərimanov rayonu Mövsüm Sənani küçəsində ''Sipark'' yaşayış kompleksinin inşa etdiyi çoxmərtəbəli bindan 313 kvadrat metr sahəsi olan mənzil alıb.
Ev sahibinin hüquqlarını müdafə edən şəxs iddia edir ki, onlar bir neçə ildən sonra mənzilini təmir etmək istədikdə şirkət buna icazə verməyib.
Vətəndaş hər dəfə bununla bağlı tikinti şirkətinə müraciət etdikdə ordan bildiriblər ki, bina tam təhvil verilməyib, bunun üçün də təmir aparıla bilməz. Amma zərərçəkmişin hüquqlarını müdafiə edən Vasif İsrafilov iddia edir ki, binada mənzillərin bəzilərini vətəndaşlar təmir edib və yaşayış var.
“Xəzər Xəbər”in əməkdaşı məsələ ilə bağlı vətəndaşın ev aldığı binaya gedib.
“Orda özlərini təqdim etməyən şəxslər fiziki güc tətbiq edərək çəkiliş aparmağa maneə yaradıb”
Daha sonra ''Sipark'' yaşayış kompleksinin ofisinə gedilib. Bildirilib ki, rəhbər şəxslər ofisdə yoxdur.
Zərərçəkmiş bu məsələ ilə bağlı Baş Prokurorluğa və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyini deyir.
Tarix: 15-04-2023, 10:18