“Azərişıq” şəhidin evinə işıq vermir, kənd icra nümayəndəsi isə…-VİDEO-ŞİKAYƏT
Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Əgər ölkəmizin enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edirsə nədən “Azərişıq” rəhbərliyi daxildə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən şəhid ailəsinin enerjiyə olan problemini həll etmir? Bu haqda Dünyanınsəsi.Az saytına Yevlax rayonun Varvara kəndində yaşayan Flora İsmayılova tərəfindən vido-şikayət göndərilib. Belə ki, şikayətçi qeyd edir ki,qardaşı Valeh İsmayılov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Şəhid ailəsi kimi onlara dövlət tərəfindən 2020-ci ildə ev tikilib.Buna baxmayaraq tikilən evə bu günə kimi işıq verilmir. Şikayətçi onu da bildirir ki, məsələ ilə bağlı dəfələrlə “Azərİşıq”ASC-nin Şimal Regional İdarəsinin rəhbərliyinə müraciət etsələrdə heç bir nəticəsi olmayıb.Amma şəhid ailəsinə tikilmiş olan evin ətrafında olan kafe restoran digər qeyri yaşayış binalarının hamısı elektrik enerjisi ilə təchiz edilib.Səbəb olaraq göstərilir ki, guya tikilən ev yüksək gərginlikli elektrik xəttinin altında tikilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə tikinti aparılarkən 35 kilovoltluq elektrik xətlərinin altında təhlükəsizlik zonası bütün istiqamətlərdə ən azı 15 metr, 110 kilovoltluq elektrik xətlərinin altında ən azı 25 metr, 330-500 kilovoltluq elektrik xətlərinin altında isə 30 metr nəzarət məsafəsi təyin edilir. Amma Varvara kəndində bu qaydalara heç bir dövlət qurumu tərəfindən rəayyət edən yoxdur. Kim harada ev tikirsə tikir.Bu ərazidə yüksək gərginlikli xətlərin altında qeyri-qanuni tikilmiş evlərə hətta sayğaclarda verilib.Amma şikayətçi 3 ildir ki,öz evini elektrik enerjisi ilə təmin edə bilmir.Kimə,hara şikayət edirsə bir nəticə yoxdur. Bu gün sosial cəhətdən həssas əhali qrupları ilə bağlı Prezident İlham Əliyevin sosial siyasətinə “Azərişıq” rəhbərliyi tərəfindən bu cür zərbə vurulursa onda hansı şəhid ailərinə dövlət qayğısından danışmaq olar. Şəhid bacısı Yevalx rayonun Varvara kənd icra nümayəndəsini də ittiham edir. Belə ki, Qalib Qurbanov dövlətin şəhidə tikmiş olduğu evin torpaq sahəsi üzərində dərin xəndəklər qazdırıb.Hazırda sözügedən ərazi isə zibil poliqonuna çevirilməkdədir. Səsləndirilən ittihamlarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik. Şəhid bacısının video-şikayətini təqdim edirik: