Sahil Babayevin qərarına daha bir etiraz - VİDEO


Vətəndaş Sahil Abdullazadə Əmək və əhalinin sosial müdaiəsi nazirliyi qarşısında etiraz edib. O aprelin 26-da keçirdiyi aksiya zamanı ona əlillik təyinatının verilməsini tələb edib.

Sahil Abdullazadə 2021-ci ildə hərbi xidmətdə ikən COVID-19 virusuna görə vaksin olunub. Danışır ki, vaksin olunduqdan sonra qolunda kistalar əmələ gəlib, daha sonra hərbi xidmətdən təxliyə edilib.

Şikayətçi nazirliyin qəbul şöbəsinə salınıb. Nazirlikdən Toplum Tv-yə bildirilib ki, Füzuli rayon sakini Sahil Abdullazadə əlilliyinin qiymətləndirilməsi ilə bağlı iki dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Əlavə edilib ki, Agentliyin həkim-ekspertlərinin hər iki əyani müayinəsi zamanı xəstənin hazırki sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi aşkarlanıb.

Toplum TV


Tarix: 28-04-2023, 09:19
Xəbəri paylaş





Xəbər lenti