Mehdi İsmayılov Cəlilabad rayon sakinidir. Deyir, 2014-cü ildən etibarən ikinci qrup əlil kimi pensiya alırmış. Lakin, əlillik dərəcəsinin müddəti bitdiyi üçün yenidən müayinədən keçən vətəndaş bu dəfə imtina cavabı alıb.
Məsələ ilə bağlı Əmək və Əhalinin sözçüsü Tural Qurbanov bildirir ki, M.İsmayılova təyin olunan əlillik müddəti 2021-ci ildə başa çatsa da, əlillik müddətinin uzadılması üçün heç bir müraciəti olmayıb. M. İsmayılov isə müraciət etdiyini və mənfi cavab aldığını deyir.