Gəncədə “Toyota” şirkəti azyaşlı uşaqları əməyə cəlb edib? – Bəs, aidiyyatı qurumlar hara baxır? /FOTOFAKT
Uşaqlar, onların yaşına, sağlamlıq vəziyyətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olan əməklə məşğul olmaq hüququna malikdirlər.Bir qayda olaraq, işə düzəlmək üçün minimum yaş həddi 15 yaşdır. Məktəbi bitirmənin minimum yaş həddi 15 yaşdır, belə ki, icbari ümumi təhsilin müddəti 9 ildir. 15-18 yaşında olan şəxslərlə əmək müqaviləsinin bağlanması zamanı valideynlərdən (qəyyumlardan) birinin yazılı razılığı lazımdır. Orta ümumtəhsil məktəblərinin, peşə məktəblərinin, liseylərin, orta-ixtisas təhsil müəssisələrinin 14 yaşına çatmış şagirdləri valideynlərin (qəyyumların) razılığı ilə sağlamlığa zərərsiz olan yüngül işlərin icrası ilə dərsdən kənar vaxt ərzində istehsalat təcrübəsindən keçmək məqsədilə işlə təmin edilə bilərlər.
Bəs, görəsən yuxarıda tələbə edilən meyarlara sözügedən şirkətin məsul şəxsi tərəfindən riayət edilirmi?
Yaponiyanın ən iri avtomobil tikinti korporasoyasından biri olan “Toyota” şirkətini Gəncə ofisində azyaşlı uşaqların əməyi istismar edilir.
Bu haqda
Dünyanınsəsi.Az saytına özəl mənbədən saytımıza məlumat daxil olub.
Məlumatlı mənbənin sözlərrinə görə, Gəncə-Şəmkir magistral yolunun üzərində yerləşən “Toyotoa” servisində 3 nəfər azyaşlı uşağı qanunsuz olaraq əməyə cəb ediblər.
Məlumat üçün onu da qeyd edək ki, “Toyota” şirkətinin servisində əməkləri istismar edilən azyaşlı uşaqlar həm də təhsildən uzaqlaşdırılıb.
Redaksiyamıza göndərilmiş olan fotofaktla bağlı inanırıq ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər baş polis İdarəsinin rəhbərliyi eləcə də Dövlət Əmək Müfətişliyi Xidməti müvafiq araşdırmalar aparmaqla sözügeən şəx və şəxsləri cəzalandıracaqdır.
Səsləndirilən ittihamla bağlı qarşı tərəflərin də möveqini dərc edə bilərik.
Dünyanınsəsi.Az
Tarix: 4-05-2023, 23:29