Barəsində cinayət işi var... amma İŞİNİN BAŞINDADIR... - BU NECƏ OLUR?
7 yanvar 2023-cü il tarixində Yasamal rayon prokurorluğunda 98 saylı körpələr evi-uşaq baxçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olan müraciət əsasında araşdırma aparılıb.
Araşdırma zamanıkörpələr evi-uşaq baxçasının müdiri Əliyeva Elnurə Fazil qızı tərəfindən qulluq mövqeyindən sui istifadə etməklə 2018-2022-ci illər ərzində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə, baxçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılmasınavə faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əmək haqqı sənədlərinin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb istintaq davam edir.
Lakin, cinayət işinin başlamasından 4 ay keçməsinə baxmayaraq Elnarə Əliyeva hələ də məsuliyyətə cəlb edilməmişdir, vəzifəsindən çıxarılmamışdır, rüşvət almağında, pul yığmağında və cinayət əməllərini törətməyə davam edir.
Gırünür Bakı Şəhəri üzrə Təhsil idarəsindəki havadarları onu himayə edirlər. Belə olmasaydı Təhsil idarəsinin 23.01.2023-cü il tarixli əmri ilə Elnarə Əliyevaya sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilməzdi.
Halbuki, işlərində yol verdikləri nöqsanlara görə Bakı təhsil idarəsi 18 məktəb direktorunun,15 baxça müdirinin işdən çıxarıldığını elan edərək cəmiyyəti təhsil sahəsində islahatların aparıldığına inandırmağa çalışırdı. Paradoks ondadır ki, görəsən işdən çıxarılan o, 18 məktəb direktoru və 14 baxça müdiri hansı bağışlanmaz nöqsanlara yol vermişlərki, onlar işdən çıxarılmışlar, lakin ağır cinayətlər törədən 98 saylı baxçanın müdiri Elnurə Əliyevaya isə şiddətli töhmət verməklə kifayətlənilmişdir?
98 saylı baxçanın müdiri Elnurə Əliyevanın doğma qardaşı Dadaşov Vasif Məhamməd oğlu( Vasif Dadaşov anasının 1-ci ərindən olduğu üçün atasının adı fərqlidir) 10 ilə yaxındır ki, baxçada dalandar(dvornik) olaraq sənətləndirilmişdir, işləri isə bacısı başqa şəxsələrı gördürür, Vasif isə havayı əmək haqqı alır. Bacısı müdir olan qardaşın dalandar kimi həyət süpürüb zibil daşımasına inanırsınızmı?
Elnurə Əliyevanın qardaşı Vasif Dadaşov bahalı cip avtomaşının sahibidir. Dalandar olaraq cip markalı maşına sahib olan neçə nəfəri tanıyırsınız?
Baxçaya gələn uşaqların valideynləri paltarları aparacaq öz evlərində yuyub gətirirlər, lakin2 ədəd paltaryuyan ştanının əməkhaqqını baxça müdiri tərəfindən sənədləşdirilib mənimsənilmişdir.
Bu faktlar monitorinq etməklə yerindəcə araşdırmaq olar, baxça müdiri və həmin çalışanları ifşa etmək olar. Sizcə Bakı Təhsil İdarəsi nə üçün monitorinq keçirib bu faktları aşkarlamır?
Bakı Təhsil İdarəsinin də mövqeyini işıqlandırmağa hazırıq. //ulutv.info//