Ölkənin aparıcı daşıma şirkətlərtindən biri olan “Mover” MMC-nin rəhbəri Arif Şəmistanlı iqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında videomüraciət yayıb.
O şirkətin müflisləşmə həddində olduğunu bildirib və bunun səbəbini belə izah edib:
““Silk Way” şirkəti və Dövlət Gömrük Komitəsi öz şirkətlərini önə çəkmək üçün bizi sıxışdırmağa başladılar. Bizi sıxışdırıb bazardan kənarda qoydular. “Mover” 2020-ci ildə daşımaların 30 faizini, 2021-ci ildə 10 faizini, 2022-ci ildə isə 3 faizini həyata keçirirdi. 2023-cü ildə isə “Mover” artıq biabrçı səviyyədə müflisləşmə vəziyyətinə gətirilib”.
A.Şəmistanlı onlara bu prosesdə sıxıntılar yaşadan başlıca şirkəin “Silk Way” olduğunu bildirib.