Müştəri “Bazarstore”dan məhsul aldı – Hamısı xarab çıxdı - FOTOLAR


“Bazarstore” supermarket şəbəkələrində satılan “Çil-Çil” adı altında istehsal olunan yumurtalar xarab çıxıb.
 
Pravda.az xəbər verir ki, bu barədə Kommersant.az-ın redaksiyasına müştəri tərəfindən şikayət daxil olub.
 
Həmin şəxs bildirb ki, bu gün həmin marketdən aldığı bağlamanın içində olan yumurtadan 4-ü xarab çıxdığına görə, digərlərini də atmalı olub:
 
“Yumurtaları qırmaq istədim, içindən qara su axdı və çox kəskin qoxu gəldi, digər yumurtaların sarısı da çox köhnəlmiş, bişmiş vəziyyətdə idi, iy gəlirdi”.
 
Yumurta qutusunun üstündə isə istehsal tarixi 17 aprel 2023-cü il qeyd olunsa da , son istifadə tarixi qeyd edilməyib.
 Fotoları təqdim edirik







Tarix: 15-05-2023, 16:36
Xəbəri paylaş





Xəbər lenti