Bu ailəyə də yardım verilmir... - zibillikdən dolanırlar...
Mən bu şəkli başımın üstündə saxlamışam, saxlayacağam da. Prezidentim eşit bizi, eşit bu kasıbların səsini, eşit.
Yasamal rayonunun Qanlıgöl massivinin qərb sahilində yaşayan Rzayevlər ailəsi çətin həyat şəraitindən gileylənir.
5 uşağım var, gələcəyin 5 əsgəri var. Böyüdürəm əziyyət çəkirəm. Yoldaşım yolda dilənir, mən də zibilliklərdə eşələnirəm. Ordan kaprondan, nə olursa yığıram, tapıb gətirirəm həyətimdə yığıram. Yığıb yığıb satıram yəni, uşağlarım sırf yeməyinə görə. Paltarları zibilliklərə qoyurlar mən götürürəm.
Kirayədə yaşayan ailənin Bərdə rayonunda qayatasının evində payları olsa da, qaynı illər əvvəl onları qovub, 2 uşağını da qeydiyyatdan çıxarıb.
Toplum tv Gülbəniz Rzayevanın qaynı ilə əlaqə saxlayıb, bunun səbəbini öyrənmək istəsədə ,o bu barədə danışmaq istəmədiyini bildirib.
DİN-in sözçüsü Elşad Hacıyev bildirir ki, vətəndaş qeydiyyatla bağlı müraciət edə bilər.
Polisin inzibati binasında qeydiyyat məcəlləsi ilə bağlı qaydalarla bağlı vətəndaş təkrar polis orqanına müraciət edə bilər və müraciət qərarına uyğun olaraq həmən qərara məhkəmə şikayəti verməlidir.
Gülbəniz Rzayevanın deyir sosial müdafiə nazirliyinə, prezidentdə dəfələrlə məktubla müraciət edib, nazirlikdən ona verilən cavabda bildirirlir ki, övladı iş qabiliyyətli olduğundan onlara ünvanlı sosial yardım düşmür.
Xahiş edirəm Sahil Babayev baxın, xahiş edirəm yox tələb edirəm niyə də xahiş etməliyəm ki, tələb edirəm. Uşağlarımın sosialını verin. Xahiş edirəm deyə deyə başımızdan əzirsiniz bizi. Biz kasıbları əzməyin.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Toplum tv-yə bildirib ki, Vətəndaşla telefon əlaqəsi yaradılaraq ailənin sosial yardım almaq hüququnun müəyyənləşdirilməsi üçün onunla söhbət aparılıb.
O bildirib ki, ailə 7 nəfərdən ibarətdir. Ailənin əmək qabiliyyətli üzvü Gülbəniz Rzayevadan 8 yaşına çatmamış uşaqlarına qulluq etdiyinə, həyat yoldaşı isə II dərəcə əlilliyi müəyyən olunmuş şəxs olduğuna görə onlardan iş tələb olunmur.
Lakin ailədə 19 yaşlı övladlarının xəstə olduğunu bildirsələr də, həmin ailə üzvü əlilliyi olan şəxs deyil, əmək qabiliyyətli hesab olunur və işləmir.
Bu səbəbdən hazırda ailənin ünvanlı sosial yardım almaq hüququ yaranmır.
Ailə dolanışığını zibillikdən tullantıları yığıb satmaqla və küçədəki insanlardan yardım istəməklə təmin edir.