`Binəqədi` OYL əsl oğrunu tapmaq istəmirsə... - NƏ BAŞ VERİR?


"Binəqədi OYL ƏŞ əsl oğrunun tapılması marağında deyilsə, bu halda oğru kimdir?" DİA.AZ bildirir ki, bu barədə növbəti problem barədə ictimaiyyəti məlumatlandıran Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.

"Vəzifəsini yerinə yetirən fəhlə, yoxsa onu şantaj edib, oğurluğu tez tələsik ört basdır edənmi günahkardır" deyərək sual edən M.Qəhrəmanlı daha sonra qeyd edir:

"Fərzəliyev Əflatun İsi oğlu 1988-ci ildən Binəqədi NQÇİ-də(sonradan həmin idarənin bazasında Binəqədi OYL ƏŞ yaradılıb) qüsursuz çalışıb.2023-cü ilin ilin yanvarında sex rəisi onu oğurluqda ( tutduğu vəzifəyə uyğun olaraq maşına 19 ədəd mil yüklədiyi üçün) günahlandırıb , şantaj və psixoloji təyziq vasitəsilə işdənçıxma ərizəsi yazmağa məcbur edib. Fərzəliyev günahsız olduğunu, şərləndiyini və əsl oğrunun tapılmasını və cəzalandırılmasını, özünün isə işə qaytarılmasını istəyir".

`Binəqədi` OYL əsl oğrunu tapmaq istəmirsə...
`Binəqədi` OYL əsl oğrunu tapmaq istəmirsə...

Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı Siam.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Tarix: 23-05-2023, 12:37
Xəbəri paylaş





Xəbər lenti