Özəl pensiya fondları vətəndaşa nə verəcək? - Deputat
"Dövlət pensiya fondunun öhdəlikləri var və onlar məsuliyyət daşıyır”. Siam.az-ın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanda özəl pensiya fondlarının yaradılmasından danışarkən deib.
Deputat şığortalı dövlət pensiya fondunun olmasını daha məqsədəuyğun hesab etdiyini vurğulayıb. Onun sözlərinə görə, belə olarsa, daha sığortalı, şəffaf və rahat iş gedə bilər:
"Bazar iqtisadiyyatıdır və özəl pensiya fondları yaranmalıdır. Amma bunu sürətlə həyata keçirtmək olmaz. Gərək öncə onlardan biri pilot layihə kimi işləməyə başlasın, görək dövlət pensiya fondu ilə özəl pensiya fondunun arasında nə fərq olacaq? Təklifləri, öhdəlikləri nə olacaq? Bu, normal bir prosesdir və gedir”.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuata açıqlamasında Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına hazırlıq görüldüyünü bildirib.
Tarix: 26-05-2023, 22:47