Meşələr bəşəriyyətin nəfəsi... ETSN rəhbərliyinin isə QAZANC YERİDİR...


Meşələr bəşəriyyətin nəfəsi...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəhərin bir çox yerlərində, həmçinin ictimai nəqliyyatlarda bir reklam lövhəsi quraşdırıb. Həmin lövhələrin hər birinin üzərinə də "Məhv etmə, qoru" şüarları yazılıb. Lakin, ETSN-nin son illərdəki fəaliyyətinə nəzər saldığımızda ağlımıza o şüarların mənasının "Qoru ki, biz yararlanaq" olduğu gəlir.

Cəmiyyət nəinki qoruyur, üstəlik ərki çatan yerlərdə (şəxsi həyətində, yaşadığı küçədə və s) ağaclar, çiçəklər əkib becərirlər, ETSN-nin səlahiyyətli nümayəndələri də bir yanda meşə ağacları ilə özlərinə "mayasız biznes" qurublar. Belə ki, səlahiyyət sahibləri kimə ağac lazımdırsa, ondan "pulunu alır, arxasını çevirir" həmin əraziyə, kəsimin başa çatmasını gözləyir.

Yox, biz bunu özümüzdən uydurmuruq. Elə internet üzərindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yaxud Muxtar Babayev yazmaq kifayətdir ki, bu barədə çox sayda məlumatlarla tanış olasınız.

Hələ üstəlik, məhvetmə işinə qondarma ekspert rəyi əsasında qanuni don da geyindirirlər ki, bu işlər də qohum-əqrəbasını, yerlilərini ETSN-nə doldurduğu deyilən ekoloji ekspert Mirsalam Qənbərovun əli ilə həyata keçirilir.

Baxın!

Bu günlərdə "DogruXeber.az" informasiya portalında yaşadığı mənzil üçün təhlükə olan qurumuş ağacı aradan qaldırsınlar deyə aidiyyatı üzrə hər yerə xəbər verən və nəticə olmadığına görə həmin ağacı özü kəsən Masallı rayon sakini 2000 (iki min) manat cərimələndiyini və hələ canını qurtara bilmədiyini deyir.

Aşağıdakı videoda isə vətəndaş 1 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Şakir Quliyevə zəng edib kəsilmiş ağaclarla dolu olan yük maşınının meşədən çıxıb, mebel sexinə tərəf yola düşdüyünü deyir, Şakir Quliyev də ona zəng edən şəxsi küçə söyüşləri ilə təhqir edir ki, "gecə vaxtı niyə mənə zəng edirsən?!".

Demək ki, bu işlərin gecə görülməsinin özü də Mirsalam Qənbərovun sevimli yerlisi (qohumu olduğu da deyilir) Şakir Quliyev kimi səlahiyyət sahiblərinin planlarının bir hissəsidir.

Şakir Quliyev demişkən, bu günlərdə "DogruXeber.az" redaksiyasına belə bir məlumat daxil oldu.

"2018 ci ilin İyul ayınadək Cəlilabad Meşə Bərpası və Mühafizəsi Mərkəzi adlı idarənin Baş Meşəbəyisi vəzifəsində işləmiş Seyfullayev Oruc Şaxavət oğlu meşələrdə yüzlırlə ha sıx meşəlik əraziləri aqrobağ əkinləri kimi göstərərək, həmin vaxtlar Rusiya Federasiyasında yaşamış öz yaxın qohumlarını həmin əkinlərə fəhlə işinə qəbul etmiş, onların adına maaş kartı açmış və bu yolla külli miqdarda dövlət vəsaitini mənimsəmişdir.

Saxta yollarla 17 nəfərin adına yazılmış əmək haqqı kartına sahib olmuş O.Seyfullayev dövlət büdcəsindən yüz minlərlə manat pul oğurlamışdır. Bir müddət keçdikdən sonra isə aqrobağ kimi qeydiyyatda olmuş həmin ərazilərin sərt quraqlıq, yaxud təbii fəlakət ucbatından sıradan çıxması barədə saxta aktlar təqdim edərək, öz yaxasını məsuliyyətdən qurtarmağa çalışmışdır. Bir neçə meşə dolayında isə həmin aqrobağların inkişaf edərək, meşə zolağına birləşdiyi haqda saxta aktlar tərtib edən Oruc Seyfullayev hal-hazırda Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində Tingçilik üzrə Baş Mütəxəsis işləyir və yenə də öz saxtakarlıqlarına davam etməkdədir.
Aşağıda qeyd etdiyim qanun pozuntuları Cəlilabad və Göytəpə meşəbəyliklərinin 1,2,4,5,6,9,10A,11,12,13,13A,14,15,19 saylı meşə dolaylarının ərazilərindədir."

Gördüyünüz kimi, çox ciddi iddialar irəli sürülmüş bu məlumatla bağlı aidiyyatı üzrə 1 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Şakir Quliyevə zəng edib xəbəri yoxdursa məlumat vermək, varsa münasibətini öyrənmək istədik. Şakir Quliyev isə, nazirliyə zəng etməmizi və onlardan münasibət öyrənməmizi istədi. Bu isə o deməkdir ki, harda nə olursa-olsun (qanuni, yaxud qanunsuz) nazirlik özü xəbərdardır.

1 saylı Ekologiya və Təbii Sərvətlər idarəsi barəsində məlumatlarımız burda bitmədi.
Qarşıdakı günlərdə tərəfimizdən müəyyən araşdırmalar aparıb, əlimizdə olan digər ciddi məlumatları diqqətinizə çatdıracağıq.

Bizi izləyin !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Tarix: 28-05-2023, 08:43
Xəbəri paylaş





Xəbər lenti