BU NƏDİ BELƏ: Zuğulba çimərliyi yenidən hasarlanır...

BU NƏDİ BELƏ: Zuğulba çimərliyi yenidən hasarlanır...
Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində, Zuğulba adlanan ərazidə çimərlik hasarlanır.
DİA.AZ xəbər verir ki, bu barədə Baku.ws-ə qəsəbə sakini məlumat verib.

İddiaya görə, çimərliyin hasarlanmasına mayın 25-i, gecə saat 00-dan etibarən başlanılıb.

Qeyd edək ki, ötən il ölkə prezidenti sözügedən ərazilərdə dəniz sahili boyunca qanunsuz tikililərin sökülməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar vermişdi. Nəticədə qanunsuz obyektlər və hasarlanmalar sökülmüşdü.


Tarix: 29-05-2023, 11:10
Xəbəri paylaş





Xəbər lenti