"Qarşıdan isti yay gəlir... NƏ EDƏK?" - Neftçilərdən SOS!


"Neftçi qardaş! Əsas odur ki, ARDNŞ prezidenti və bütün vəzifə sahiblərinin əla mebel və soyuducu-qızdırıcı siztemlə təmin olunmuş kabinetləri,xidməti maşınları, yüksək əmək haqları olsun. Və sadaladıqlarım da mövcuddur. Halaldır, ya haramdır... bunu göydəki və yerdəkilər bilir!" DİA.AZ bildirir ki, bu sözləri sıravi neftçilərin növbəti, əslində isə köhnədən qalan problemi barədə ona neftç mədənlərində çalışanlar adından edilən müraciəti təqdim edən, tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.

Neftçilərə istinadən M.Qəhrəmanl yazır: "Neftçilərin bitməyən tükənməyən problemlərindən deyim sizə. Keçən il yadınızda, 8 saylı özüldə isitmə soyutma sistemi haqqında sizdə yazmışdınız və deyilmişdi ki gəmidədir. Nəzərənizə çatdırım ki o gəmi hələdə gəlib çatmayıb ha... ÖYRƏTMƏK kimi çıxsın cənab rəhbərlər,!! 50 min verib kondisioner üçün kompressor almaqdansa, 100 kvadratlıq 4 dənə kondisioner alın qoyun hər mərtəbədə necəki burda AQŞ öz işçilərinə edib. Nəzərə almaq lazımdır ki yaşayış bloku 4 mərtəbədən ibarətdir və AQŞ blokun iki mərtəbəsində öz işçiləri üçün şərait yaradıb.İki mərtəbədə isə 28 May adına NQÇİ-nin işçiləri qalır. Axı qabagdan yay gəlir hörmətli rəhbərlər. Düzdü sizin sərin otaqlarınızda oturarkən istidən xəbəriniz yoxdu ama vallah burda çox isi olur. Gündüz ağır iş rejimindən sonra gecə rahat yatmaq üçün normal temperatur olmadığından gecə yuxumuzu ala bilmirik və bu nə vaxtsa fəsadlar tördəcək".

İddia olunanlarla bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 12-06-2023, 09:08
Xəbəri paylaş





Xəbər lenti