Siyavuş Novruzov: “Samir müəllim, hamıya pul ayırırsınız, qazilərin də “1 abbası”sını verin”


Milli Məclisin komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki büdcə müzakirələrində iştirak edən maliyyə naziri Samir Şərifova xitab edib.
APA xəbər verir ki o, aşağıdakıları bildirib:
“Hörmətli Samir müəllim, hamıya pul ayırırsınız, qazılarin də “bir abbası”sını verməyi sizdən xahiş edirəm!” S.Novruzov bundan sonra da Qarabağ qazilərinə ayrılan təqaüdlərlə bağlı məsələ qaldırdığını xatırladıb, onların keçmiş xidmətlərinin nəzərə alınmasını xahiş etdi. Bildirdi ki, qarşıdan 26 iyun Azərbaycan Ordusunun yaranma günü gəlir və bu ərəfədə qaziləri sevindirmək olar. “Harda görüşürəmsə, bu məsələni qaldırırlar, ona görə xahiş edirəm ki, qaziləri sevindirəsiniz!”
Tarix: 13-06-2023, 12:57
Xəbəri paylaş





Xəbər lenti