Şəmkir rayonunun Qaracəmirli kənd sakini Paşayev Şahniyar Sulduz oğlu heç yerdə iş verilmədiyini əsas gətirərək ona təyin edilmiş 3-cü qrup əlillik dərəcəsinin 2-ci qrupla əvəz olunmasını istəyir.O,
Yeniavaz.com-a müraciətində bildirib ki, üç övlad atası olduğuna görə ona xroniki xəstəliyi səbəbindən ayrılmış 150 manat müavinət maddi ehtiyaclarını heç cür təmin etmir.
"Bilmirəm 150 manatı mənim məyimə kəsiblər. Əlillik kağızımda da yazıblar ki, 3-cü qrup olduğuna görə iş qüvvəsi var. Sağlam adam gedib iş tapa bilmir. Çirk axır qıçımdan, gedir topuğuma çıxır, ayaqqabım, corabım batır. Kimə deyirəm, məni istixanaya götürün, işləyim, deyirlər, sən xəstəsən, bizə sərf eləmir, sağlam adam bizə lazımdır. Mən neyləyim, nə təhər edim ki, 3 dənə körpə uşağımı saxlayım?", - o bildirib.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili
Yeniavaz.com-a açıqlama verərək bildirib ki, Şəmkir rayon sakini Paşayev Şahniyar Sulduz oğlu 21 avqust 2020-ci il tarixində ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət edib:
“Lakin ərizədə ailəyə məxsus olan pay torpaq sahəsi göstərilmədiyinə görə müraciətə imtina cavabı verilib. Onunla telefon əlaqəsi yaradılaraq, ailənin sosial yardım almaq hüququnun yenidən müəyyənləşdirilməsi üçün ona suallar verilib.
Müəyyən olunub ki, hazırda ailə 5 nəfərdən (özü, həyat yoldaşı, 12, 14, və 15 yaşlı 3 övladı) ibarətdir. Onun adına olan pay torpaq sahəsi olsa da, həmin torpaq sahəsi ilə bağlı sığortaedənin uçot nömrəsini (SUN) almayıb. Həmin SUN olduqdan sonra sosial yardım alınması üçün müraciət etdiyi halda sosial yardım almaq hüququna yenidən baxılacaq. Şahniyar Paşayev bu barədə məlumatlandırılaraq sosial yardımla bağlı digər sualları da cavablandırılıb”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyindən isə
Yeniavaz.com-a bildirilib ki, Ş. Paşayev hazırda 3-cü qrupa uyğun ödənişlərini alır:
“Əgər ağırlaşmaları varsa, onda qeydiyyat üzrə poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən yeni “Forma 88” sənədi rəsmiləşdirildikdən sonra təkrar əlilliyinin qiymətləndirilməsi aparıla bilər”.
la bağlı digər sualları da cavablandırılıb”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyindən isə Yeniavaz.com-a bildirilib ki, Ş. Paşayev hazırda 3-cü qrupa uyğun ödənişlərini alır:
“Əgər ağırlaşmaları varsa, onda qeydiyyat üzrə poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən yeni “Forma 88” sənədi rəsmiləşdirildikdən sonra təkrar əlilliyinin qiymətləndirilməsi aparıla bilər”.