Xırdalanı üfunət bürüyüb: Zibillər daşınmır


Abşeron rayonu, Xırdalan şəhərində küçədə antisanitar vəziyyət yaranıb.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat veriblər. 
Bildirilib ki, şəhərin Mehdi Hüseynzadə küçəsində zibil tullantıları qalaqlanıb:
“Məişət tullantıları ərazidə qalaqlansa da, təmizlənmir. Qalaqlanmış zibillərə görə, sakinlər ərazidən rahat keçə bilmirlər. Yay fəsli olduğu üçün üfunət iyi ətrafı bürüyüb”.
Tarix: 15-06-2023, 16:06
Xəbəri paylaş





Xəbər lenti