““Orbita” MTK binanın təməlində armaturdan istifadə etmir” başlıqlı yazıya münasibət bildirildi: “Həqiqətəuyğun deyil”
“Pravda.az” xəbər portalı 16 may 2023-cü il tarixdə “Kommersant.az” saytına istinadən yaydığı “Orbita MTK binanın təməlində armaturdan istifadə etmir” başlıqlı yazıda ““Orbita MTK-nın Nizami rayonu, Qara Qarayev prospekti, Tofiq Abbasov küçəsində təhlükəli sayılacaq hündürmərtəbəli yaşayış binasının sütunlarında 12 millimetr diametrli armaturlardan istifadə olunub. Hətta deyəsən sözügedən şirkət daşıyıcı sütunlarda (kolonlarda) fəlakətdə ilk dağılacaq bina olaraq adını dəftərə yazdırmaq fikrindədir. “Orbita” MTK sözügedən sütunların (kolonların “apalovkasını” qurduğu üçün sütunlardakı armatur sayını artırmaq mümkün deyil). Bundan başqa, “Orbita” MTK pas atmış, köhnə, ucuz və keyfiyyətsiz armaturlardan istifadə etməsi yolverilməzdir və güman edirik ki, aidiyyatı qurumlar bu məsələyə diqqət ayıracaq” kimi məlumatlar yayıb.
“Orbita” MTK həmin yazıya görə saytın rəhbərliyinə etirazını bildirərək, məlumatların həqiqətə uyğun olmadığını qeyd edib. Bununla bağlı 14 iyun 2023-cü il tarixdə “Orbita” MTK-nın rəhbərliyi ilə “Pravda.az” saytının rəhbərliyi arasında görüş keçirilib.
“Pravda.az” saytı araşdırma apararaq dəqiqləşdirib ki, 16 may 2023-cü il tarixdə “Kommersant.az” saytına istinadən yaydığı “Orbita” MTK binanın təməlində armaturdan istifadə etmir” başlıqlı yazının başlığındakı və mətnindəki ““Orbita” MTK-nın Nizami rayonu, Qara Qarayev prospekti, Tofiq Abbasov küçəsində təhlükəli sayılacaq hündürmərtəbəli yaşayış binasının sütunlarında 12 millimetr diametrli armaturlardan istifadə olunub. Hətta deyəsən sözügedən şirkət daşıyıcı sütunlarda (kolonlarda) fəlakətdə ilk dağılacaq bina olaraq adını dəftərə yazdırmaq fikrindədir. “Orbita” MTK sözügedən sütunların (kolonların “apalovkasını” qurduğu üçün sütunlardakı armatur sayını artırmaq mümkün deyil). Bundan başqa, “Orbita” MTK pas atmış, köhnə, ucuz və keyfiyyətsiz armaturlardan istifadə etməsi yolverilməzdir və güman edirik ki, aidiyyatı qurumlar bu məsələyə diqqət ayıracaq” kimi məlumatlar həqiqəti əks etdirmir.
Tarix: 16-06-2023, 17:40