Deputatdan məcburi köçkünlərin “çörək pulu”nun kəsilməsinə REAKSİYA


İyunun 14-də qəbul edilən qərara əsasən, Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörək pulu” kəsiləcək.

Bununla bağlı Hesablama Palatasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdiyi bildirilir. Daha dəqiq desək, söhbət dərzi, taksi və s. sahibkarlıq fəaliyyəti göstərən məcburi köçkünlərdən gedir. Minlərlə məcburi köçkün vətəndaş bu məsələni müzakirə edib. “Çörək pulu”ndan məhrum ediləcək məcburi köçkünlərin təxmini sayı 50 min nəfərdir.
Sözügedən məsələyə münasibətini bildirən Milli Məclisin deputatı Aqil Abbas Yenicag.az-a açıqlama verib.
Onun sözlərinə görə, VÖEN-i olan və ya olmayan bütün məcburi köçkünlər- taksi sürücüsü, dərzi, bir sözlə, kimliyindən asılı olmayaraq, hamısı öz dədə-baba torpaqlarına qayıdana qədər “çörək pulu”ndan məhrum edilməməlidir.
Tarix: 16-06-2023, 22:54
Xəbəri paylaş





Xəbər lenti