Sosial şəbəkəni çalxalayan SAXTA xəbər: - Uşaqlı ailələrə 500 manat veriləcək?


Son günlər ölkədə sosial şəbəkə istifadəçilərinə və Azərbaycan mobil operatorlarına məxsus nömrələrə müəyyən dövlət qurumlarının adından saxta mesajlar göndərilir.

DİA.AZ xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.

Saxta mesajın mətnində hər uşaqlı ailəyə 500 manat məbləğində pul veriləcəyi və mart ayının birindən belə bir qanunun qüvvəyə minməsi haqqında məlumat əksini tapıb. Lakin bu cür mesajların məqsədi göstərilən linkə klikləyərək insanlardan kart hesabı tələb etmək və kart məlumatlarını ələ keçirməkdir.

Xatırladaq ki, bir neçə gün öncə vətəndaşlara "Azərpoçt" adından xarici ölkələrə məxsus saxta nömrələrdən mesajlar gəlib. Azərpoçt məlumat yayaraq müştərilərini bu cür mesajlara inanmamağa və ehtiyatlı olmağa çağırıb.

Sosial şəbəkəni çalxalayan xəbər:
Sosial şəbəkəni çalxalayan xəbər:

Tarix: 19-06-2023, 23:00
Xəbəri paylaş





Xəbər lenti