“Faktor Lizinq” MMC-nin sahiblərindən “oğru elə bağırdı ki…” taktikası – Ehtiram Alıyev qanunlardan üstündür?


“Faktor Lizinq” MMC-nin sahiblərindən “oğru elə bağırdı ki…” taktikası –
Bir neçə gün öncə “Faktor Lizinq” MMC-nin sahibi Ehtiram Alıyevin Bakı şəhər sakini Təyminə Yusifovaya qarşı etbarından sui istifadə edərək aldatma yolu ilə əmlakını mənimsəməsi və saxta sənədlərlə onu külli miqdarda borclandırması haqda yazmışdıq. T.Yusifovanın ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciəti əsasında hazırladığımız yazıda Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli qətnaməsinə əsasən 250.000 manat məbləğində pul Təyminə Yusifovadan alınaraq “Faktor Lizinq” MMC-yə qaytarılması haqqında qətnaməsindən istifadə edərək E.Alıyevin İlqar İsmayılovla əlbir olaraq müxtəlif sənədlərə imza atdırmaqla Təyminə xanımı külli miqdarda borclandırmasından bəhs olunur. T.Yusifovanın sözlərinə görə, E.Alıyevlə İ.İsmayılov bir neçə belə əməliyyatlar keçirib vətəndaşları özlərinə borclandırıblar: “İndi isə İlqar ölkədən çıxıb, ABŞ-da yaşayır, Ehtiram isə özünü günahsız cildinə qoyaraq guya onu tanımadığını iddia edir. Halbuki, onların şərikli biznesləri bu gün də davam edir və tez-tez ABŞ-da görüşürlər”. T.Yusifova İlqar İsmayılovun məsələ ilə bağlı dindirilməsindən sonra bütün həqiqətlərin üzə çıxacağını bildirir. Maraqlıdır ki, vətəndaşın şikayəti ölkə mediasında işıqlandırıldıqdan sonra Ehtiram Alıyev Təyminə Yusifovanın yaxınlarıyla telefon əlaqəsi saxlayıb. Heç vaxt T.Yusifovaya hədə qorxu gəlmədiyini, onu ölümlə hədələmədiyini bildirib. Halbuki, T.Yusifova ilə E.Alıyevin telefon danışıqları və səs yazıları araşdırılsa, reallıq ortaya çıxar. Məsələnin ictimailəşməsindən narahat olan E.Alıyev hətta T.Yusifovanın şikayətindəki “dələduzluq” kəlməsinə görə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcəyini bildirib. Gerçəkdə isə məsələnin obyektiv istintaq araşdırmasına ehtiyac var. Məlum notarius müqaviləsi imzalanan gün və ondan sonra İ.İsmayılovun, E.Alıyevin və T.Yusifovanın telefon danışıqları aşkarlansa İlqar İsmayılovun əslində kimin tanışı və ortağı olduğu üzə çıxar. Eyni zamanda məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 250 min manatın şişirdilərək bir milyon manata çatdırılması xüsusi olaraq araşdırılmalıdır. Görəsən T.Yusifovaya aid olan mənzilin ələ keçirilməsi, “Nemi Museum” otelinin yarısına iddianın ortaya qoyulması hansı qanunvericiliyə sığır? Ortada faktik olaraq etibardan sui istifadə edərək vətəndaşı külli miqdarda borclandırma əməli var. T.Yusifova da “dələduzluq” sözünün aldatmaq, etibardan sui istifadə etmək anlamında işlətdiyini bildirərək məsələnin obyektiv araşdırılmasını tələb edir: “E.Alıyev yenə də yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərini dilə gətirərək ona heç kimin heç nə edə bilməyəcəyini deyir. Mən inanmıram ki, bu adam qanunlardan üstün olsun. Mən Prezidentə, dövlətimə, hüquq mühafizə orqanlarına güvənirəm. Qoy Ehtiramın tələblərini də araşdırsınlar, real vəziyyəti də. Ehtiramla İlqarın birgə sövdələşməsi ilə məbləğin şişirdilməsi, mənə haqsız yerə külli miqdarda borc yüklənməsi o zaman ortaya çıxar. Mən inanıram ölkə rəhbərliyi mənim səsimi eşidəcək və lazımi tədbirlər görəcək”.

Vətəndaş bütün baş verənlərlə bağlı ölkə rəhbərliyinə, hüquq mühafizə orqanlarına müraciət edib. Bir xanım olaraq Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevadan kömək istəyən Təyminə Yusifova hüquqlarının qorunması üçün dövlətə güvəndiyini bildirir: “Sizə inanıram və ümid edirəm ki, “Faktor Lizinq” MMC-nin sahibi Ehtiram Alıyevin və Ruslan Alıyevin saxta sənədlər və aldatma yolu ilə bir xanıma məxsus əmlakların ələ keçirilməsinə imkan verməməklə yanaşı həmin şəxsin fəaliyyətinin araşdırılması ilə bağlı qanunvericiliyə uyğun hərəkətlərin edilməsinə göstəriş verəcəksiniz. Çünki Ehtiram Aliyev mənə dəfələrlə pulunun və hər bir orqanda adamlarının olduğunu deyib, ona heç bir şey edə bilməyəcəyimi bildirir. Məni izlətdiyini, başıma oyun açacağını bildirir. Mən əmlakım və həyatım üçün ciddi təhlükə görürəm. Bir Azərbaycan qadını kimi tək ümidim Sizədir!”
dia.az
Tarix: 20-06-2023, 09:42
Xəbəri paylaş





Xəbər lenti