"Azərişıq" ASC-yə qarşı iddia üzrə məhkəmə başladı


Bakı Kommersiya Məhkəməsində "ATL SMS" MMC-nin "Azərişıq" ASC-yə qarşı iddia üzrə məhkəmə iclası başlayıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
 
Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.
 
Qeyd: "ATL SMS" MMC "Azərişıq" ASC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
Tarix: 21-06-2023, 10:48
Xəbəri paylaş





Xəbər lenti