Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının vaxtı açıqlanıb

İmtahan 13 şəhərdə 29 imtahan mərkəzində keçiriləcək
2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının vaxtı açıqlanıb.
AYNA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 11-15 iyul tarixlərində 13 şəhərdə 29 imtahan mərkəzində keçiriləcək.
Müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Tarix: 28-06-2023, 10:37
Xəbəri paylaş





Xəbər lenti