Vətəndaşları incidən tikinti şirkətlərinə niyə “dayan” deyən yoxdur? - AÇIQLAMA



“Tikinti şirkətlərinin özbaşınalığı uzun müddətdir, davam edir. Daha çox insanların mülklərinin qanunsuz sökülməsi, onların əmlaklarına real bazar qiymətlərindən daha aşağı ödənişlərin verilməsi, bir çox hallarda hüquqlarının pozulması, şirkətin tikintini başa çatdırmaqla bağlı öhdəliyi vaxtında yerinə yetirməməsi, binanın sakinlərə təhvil verilməməsi, natamam təhvil verilməsi - bütün bunlar tikinti şirkətlərinin vətəndaşların başına açdıqları oyunlardır. Niyə buna bir “dayan” deyən olmur? Çünki bir çox hallarda tikinti şirkətlərinin əsl sahibləri - arxasında duranlar yüksəkçinli məmurlar, oliqarxlar olurlar. Onlar bunu təmin edirlər”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

“Sözün həqiqi mənasında, özəl şirkətlər, yaxud şəxslər olsa, onlar qanun qarşısında istədiklərini edə bilməzlər. Demək ki, bu gün tikinti şirkətlərinin əksəriyyəti məmurların himayə etdikləri, arxasında durduqları şirkətlərdir. Təbii ki, onlar özləri özlərinə cərimə kəsməz, nəzarət etməzlər. Düşünürəm, nə vaxt bu sahədə komissiya yaradılacaq, xüsusi nəzarətə götürüləcək, aidiyyatı qurumların rəhbərlərinin öz biznes, tikinti şirkətləri ləğv olunacaq, artıq onda vəziyyət fərqli olacaq. Təəssüf ki, hələlik bu sahədə tam özbaşınalıq, qanunsuzluqdur”, - T.Abbaslı bildirib.
Tarix: 1-07-2023, 14:03
Xəbəri paylaş





Xəbər lenti