Kanalımıza müraciət edən Bakı şəhər sakini Xoşbəxt Qarayev 1 ci qrup gözdən əlildir.O, əvvəllər tanınmış beynəlxalq şahmat ustası olub, keçirdiyi xəstəliyə görə isə görmə qabiliyyətini itirib. Qarayevlər ailəsinin yaşadığı ev də göz qabağındadır. Xoşbəxt Qarayev Əmək və Əhalinin sosial Mudafiəsi Nazirliyindən şikayət edərək bildirib ki, nazirliyin nəzdində yerləşən Sosial Xidmətlər agentliyi onun evlə təmin olunmasına kömək olmur və illərdi ailəsi ilə təhlükəli , özgə bir evdə yaşayır. Şikayətci iddia edir ki, Sosial Xidmətlər agentliyi onun adına evin olduğunu qeyd edir, ancaq ortada nə müqavilə, nə də sənəd var. Redaksiya olaraq, Sosial Xidmətlər agentliyine bu məsələ ilə bağlı sorğu göndərdik, qurumun bizə verdiyi cavab bu olub ki, Xoşbəxt Qarayev ona verilən evi başqa bir şəxsin evi ilə dəyişdirib və lakin biz qurumun dediyinin təsdiqini tapan sənədi göstərməyini bildirsek de hələ ki heç bir cavab yoxdu. Güman edirik ki, bu çəkilişdən sonra Əmək və Əhalinin sosial Mudafiəsi Nazirliyi gözdən əlil Xoşbəxt Qarayevin geniş ailəsinə uyğun evlə təmin olunması məsələsi öz həllini tapacaq. Kanal 13