Bərdədə TƏHLÜKƏ SAÇAN MƏNZƏRƏ: Naqillər insanların üstünə DÜŞƏ BİLƏR-VİDEO


Gördüyünüz bu açınacaqlı və təhlükə saçan mənzərə Bərdə rayonun Hüseynallar kəndində çəkilib.
Elektrik dirəkləri köhnəlib və çəkilmiş olan üstü açıq naqillər dirəklərdən qopub. Dirəklərdən qoparaq ayrılan elektrik xətlərinin saxlayıçıları adi iplərlə yenidən dirəyə bağlanıb bu isə çiddi təhlükədir. Belə ki, o naqillər hər an həyətlərə düşə bilər və insanların həyatları üçün çiddi təhlükə yaradır. Vəziyyətlə bağlı aidiyyatı qurumlar- Azərişıq rəsmiləri, HƏMÇİNİN yerli işıq idarəsinin rəhbərliyi məlumatlandırılsada, 15 gündən artıq zaman keçməyinə baxmayaraq heç bir tədbir görülməyib.
Kanal 13tv
Tarix: 4-07-2023, 08:34
Xəbəri paylaş





Xəbər lenti