TSEK bazarında Eldar Abbasov monapoliyası - BU NƏDİ BELƏ?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun ölkə səhiyyəsini bərbad duruma salması ilə bağlı ölkə mediasında kifayət qədər yazılıb. Birincisi, Vüqar Qurbanov bir-biri ilə heç bir əlaqəsi olmayan doğum evlərini, diş poliklinikalarını, uşaq xəstəxanalarını birləşdirib Tibb Mərkəzləri yaradıb.
İkincisi, ən dəhşətlisi odur ki, bu xəstəxanalarda çalışan peşəkar, təcrübəli həkimləri vəzifələrdən uzaqlaşdırıb, öz “revizor”, savadsız dost-tanışlarını Tibbi Mərkəzlərə direktor təyin edir. Bir dəfə yazmışdıq ki, bəzi məmurların məqsədi rüşvət və korrupsiyanı BİR ƏLDƏ CƏMLƏMƏKDİR.
Sözün qısası, Vüqar Qurbanovun səhiyyə sahəsindəki islahatları ölkə səhiyyəsini fəlakətə aparır. Ən dəhşətlisi odur ki, Vüqar Qurbanov ölkədəki ən yaşlı adamları tapıb Tibbi Mərkəzlərə rəhbər qoyur. Məsələn, iki ay öncə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin yaydığı rəsmi məlumatdan bəlli olurdu ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə həkim-terapevt Eldar Abbasov Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
İndi gəlin görək, Eldar Ababsov kimdir, nəçidir, bunun keçmişi kim olub ki, paytaxt Bakının Nizami rayonunda fəaliyyət göstərən bütün tibb müəssisələri bu adamın ixtiyarına verilib...
Deməli, Eldar Abbasov əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində hərbi həkim komissiyasının baş həkimi işləyib. Daha sonra vəzifədəki qohumlarının dəstəyi ilə Abşeron TSEK-ə sədr gətirilib. Eldar Abbasov Komissiya rəhbəri olarkən hərbi xidmətdən yayınmaq istəyən gənclərə saxta əlillik dərəcəsi verməkdə də ad çıxarıb. Və bu yolla yüz minlər qazanıb. Eldar Abbasov yüksək vəzifədə işləyən qohumlarının sayəsində vəzifədən vəzifəyə yüksəlib. Bu adamın Abşeron TSEK-də etdiyi əməllər birbaşa cinayət məsuliyyətindən xəbər verirdi. Abşeron sakinləri müxtəlif dövlət qurumlarına şikayət edərək bildirirdilər ki, Eldar Abbasov əlil olan şəxsləri süründürür, pul tələb edir, fiziki qüsurlu insanlara deyir ki, gedin filan qədər gətirin sizə qrup müəyyən edim. Onun «şərtləri» ilə razılaşmayan vətəndaşlar əlillik dərəcəsi ala bilməzdi. Həqiqi xəstəliyi olan, lakin Eldar Abbasovun istəklərini yerinə yetirmək imkanında olmayan şəxslər TSEK sədrinin qəzəbinə tuş gələrək get-gələ salınırdılar. Komissiya rəhbərinin yersiz tələblərinə razılıq verən vətəndaşlar isə qısa müddətdə əlillik qrupu ala bilərdilər. Saxta sənədlərlə komissiya tərəfindən əlil kimi qeydiyyata alınan insanların sayı onlarla, yüzlərlə bəlkə də minlərlədir.
İndi gördünüzmü, bütün bu cinayət əməlləri ortada olduğu halda TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Eldar Abbasovu Nizami Tibb Mərkəzinə direktor təyin edib. Bəlkə, Vüqar Qurbanov bu yaxınlarda 70 yaşı tamam olan Eldar Abbasovun qaşına-gözünə aşiq olub..? Əlbəttə, puluna...
Onu da qeyd edək ki, Vüqar Qurbanov Nurməmməd Yarıyevi də Nizami Tibb Mərkəzinə direktor təyin etmişdi, indi sorağı istintaq orqanlarından gəlir. Səni də Nurməmmədin aqibəti gözləyir, Eldar Abbasov...
Bu yaxınlarda Eldar Abbasovun Tibbi Mərkəzdə apardığı yoxlamalar zamanı Məleykə adlı bir nəfər işçi özünü 2-ci mərtəbədən ataraq, intihar edib. Məleykə xanım xəstəxanada olmasına baxmayaraq, biz Məleykə xanım haqqında bilgilər olan şəxslərin danışdıqlarını oxucularımıza çatdıracağıq. Bəllidir ki, hansısa səbəb olmadan, Tibbi Mərkəzin işçisi özünü 2-ci mərtəbədən ataraq canına qıyırsa, onda onun səhhətində psixi problemlər var. Yox əgər kimsə onu işdən çıxarmaqla hədələyibsə onda həmin məsuliyyət hədələyənin üzərində qalır. Bu haqda geniş araşdırmamız növbəti yazımızda olacaq. //gundelik-baku.com//
https://www.dia.az/8/381407-tsek-bazarinda-eldar-abbasov-monapoliyasi.html
Tarix: 4-07-2023, 09:32