Cavanşir Feyziyevə məxsus olduğu bildirilən şirkətin DSX ilə məhkəmə çəkişməsi

Bakı Kommersiya Məhkəməsində deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinin Dövlət Sərhəd Xidmətinə qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
 
Məhkəmənin növbəti iclası iyulun 19-na təyin edilib.
 
Qeyd: “Avromed Company” şirkəti Dövlət Sərhəd Xidmətini məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
 
Xatırlatma: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.
Tarix: 4-07-2023, 12:17
Xəbəri paylaş





Xəbər lenti