Dənizə axıdılan çirkab suları, sahildə oynayan uşaq: Çimərlikdə antisanitar vəziyyət hökm sürür - VİDEO




Paytaxt sakinlərinin ən çox üz tutduğu çimərliklərdən birində antisanitar vəziyyət hökm sürür. 

Bizim.Media xəbər verir ki, söhbət Buzovna çimərliyindən gedir. 

Ərazi uzun müddtdir ki, çirkabın axıdıldığı məkana çevrilib. Nəticədə ətrafı üfunət bürüyüb. 

Çimərliyə üz tutan sakinlər iddia edirlər ki, mövcud vəziyyət illərdir davam edir. Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirildi ki, həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu mövcud deyil.
Gələcəkdə tullantı sularının Xəzər dənizinə axıdılmasının qarşısını almaq üçün sahil boyunca yeni tullantı təmizləyici boruların tikintisi, eləcə də kanalizasiya sisteminin qurulması nəzərdə tutulub.   

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, əraziyə baxış keçiriləcək və araşdırma aparılacaq. 

Daha ətraflı süjetdə: 
 

Tarix: 4-07-2023, 23:06
Xəbəri paylaş





Xəbər lenti