Kənd məktəbləri və Heydər Əliyev adına Lisey arasında bərabərsizlik, görəsən hansı üstündür?

Kənd məktəbləri və Heydər Əliyev adına Lisey arasında bərabərsizlik, görəsən hansı üstündür?
DİM hər il olduğu kimi, 2022-ci il üçün də qəbul və buraxılış imtahanları nəticələrinə dair elmi-statistik təhlili çap edib.
Bu analitik materialda xeyli maraqlı, düşündürücü, düzgün qərarlar qəbul etmək üçün və resursları ədalətli bölüşdürmək üçün faydalı ola biləcək məlumatlar, statistikalar var.
Birisini diqqətinizə çatdırıram.
Ölkə üzrə 600 baldan yuxarı nəticə göstərənlərin məktəblər üzrə sayı ilə bağlı kənd və şəhər məktəblərin, liseylərin nəticələri çox təəccüblü və düşündürücüdür.
Bəzən resursları, texnologiyaları, pedaqoji göstəriciləri və əmək haqqısı yüksək olan liseylər bu göstəricilərə görə kənd məktəblərinə uduzurlar.
Kənd məktəbləri və bəzi tanınmış liseylərin qeyd olunan göstəriciləri ağlasığmaz olsa da kənd məktəblərinin xeyrinədir.
Statistikalardan görsənir ki, elə kənd məktəbləri var ki, burada abituriyentlərin ümumi sayına nəzərən 600-dən çox toplayanların faiz göstəricisi ən tanınmış liseylərdən və şəhər məktəblərindən yüksəkdir.
Məsələn, DİM-in elmi-statistik təhlilindən görsənir ki, Cəlilabadın, Ağcabədinin, Qəbələnin hansısa bir kənd məktəbində (diqqət yetirin, lütfən, məhz kənd məktəbində) yüksək bal toplayanların faizi Heydər Əliyev adına Liseydən qat-qat yüksəkdir.
Nəsə, çox anlaşılmaz göründü bunlar mənə. Güclü ənənələrə malik xeyli təhsil müəssisələrin bu tip göstəriciləri kənd məktəblərindən xeyli aşağı görsənir.
Görəsən ETN, resursları güclü olan liseylər və şəhər məktəbləri bunu necə izah edirlər?
Ümid edirəm ETN və digər dövlət qurumları dövlət resurslarını bölüşdürəndə, hansısa qərarlar qəbul edəndə bu göstəriciləri nəzərə alacaqlar
Osman Gunduz
Teref.az


Tarix: 5-07-2023, 09:57
Xəbəri paylaş





Xəbər lenti