“Park Azure” məhkəməyə verildi


Əmanətlərin Sığortalanması Fondu "Park Azure" MTK ilə bağlı məhkəməyə müraciət edib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Səbail Rayon Məhkəməsinə üz tutub.
 
Belə ki, Fond kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
 
Cavabdeh qismində Arif Oruc oğlu Əsədov göstərilib.
 
İddia hakim İlkin Rüstəmlinin sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Tarix: 7-07-2023, 12:50
Xəbəri paylaş





Xəbər lenti