Məşğulluq Agentliyi ilə vətəndaş arasında daha bir harmonik OLAY: ”Hanı bunun dişləri?”
Göyçay rayon Çərəkə kənd sakini Əhmədov Şakir Əlisahib oğlu 2 il bundan əvvəl DMA-nə (Dövlət Məşğulluq Agentliyi)müraciət edərək heyvandarlıq fəaliyyəti üçün iri buynuzlu mal-qara növbəsinə yazılıb.
Azinforum.az xəbər verir ki, DMA-i tərəfindən ona özünüməşğulluq proqramı çərçivəsində 3 baş iri buynuzlu heyvan verilib. Amma bir müddət sonra verilən heyvanların xəstə olduğu üzə çıxıb.Şakir Əhmədov məsələ barəsində rayon baytarlıq idarəsinə müraciət edib.Qrumdan gələn həkim briqadası DMA-I tərəfindən verilən üç heyvandan ikisinin xəstə olduğunu və onların tezliklə tələf olacağını bildirib.Bir müddət sonra heyvanların ikisi tələf olub.
Hal-hazırda həmin heyvanların biri mənim həyətimdədir.Yaşlı,dişsiz və yararsız bu heyvan nə bala verir nə də süd.Nə sata bilirəm nə də ata bilirəm.Sosial durumum ağırdı,işləmək istəyirəm.Amma iş üçün hara müraciət etsəm mənə DMA-nin ikisi ölən biri isə yararsız olan bu 3 heyvanı “aktiv”kimi səbəb göstərib işə qəbul etmirlər.Yağışdan çıxıb yağmura düşdüm.Mən bu heyvanları niyə almışdım bəs?
Vətəndaş Şakir Əhmədov DMA-dən ona verilən aktivlərin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini istəyir.