Bu şəxslərə verilən ödənişlər dayandırılacaq - RƏSMİ
Qəsdən yanğın törədərək təsərrüfatla məşğul olan sahibkarlara verilən subsidiyalar dayandırılacaq. Pravda.az xəbər verir ki, bunu "Ekologiyanın mühafizəsi" ilə bağlı keçirilən mətbuat konfransda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, Azərbaycanda baş verən yanğınların 99 faizi qəsdən və ehtiyatsızlıqdan baş verir.
"Qəsdən yanğın törədən biçənək və təsərrüfat işləri ilə məğul olan sahibkarlara ayrılan subsidiyaların dayandırılması ilə bağlı müraciət olunub", - deyə o əlavə edib.
Tarix: 8-07-2023, 10:09