Novxanıda adı “Qırmızı kitaba” salınmış heyvanları acınacaqlı durumda saxlayırlar

İstirahət mərkəzində adı “Qırmızı kitaba” salınmış heyvanlar acınacaqlı durumda saxlanılırlar. Bununla bağlı Oxu.Az-a müraciət edən sakinlər məlumat veriblər.
 
Şikayətçilərin sözlərinə görə, Abşeron rayonu Novxanı kəndində yerləşən “AF Hotel&AquaPark” adlı müəssisənin ərazisində qəfəslərdə adı “Qırmızı kitab”a daxil edilmiş heyvanlar qanunsuz saxlanılır. Qeyd edilib ki, istirahət mərkəzindəki iki ceyran və bir ceyran balası, vəhşi quşlar baxımsız, şəraitsiz vəziyyətdədirlər.
 
“Ceyranlardan biri hasarın üstündən tullanmağa çalışarkən sinəsindən zədə alıb, digərinin isə buynuzları qırılıb. Bütün heyvanlar acınacaqlı vəziyyətdədir və kiçik bir binada saxlanılırlar. Bu heyvanlarla bərabər hotel ərazisində vəhşi quşlar da var. Hətta quşlardan biri baxımsızlıqdan xəstələnib. Xahiş edirik, heyvanları ən qısa zamanda azad etsinlər, onları yerli qoruqlardan birinə buraxsınlar. Sağlamlıqları üçün ciddi təhlükə var”, - deyə, sakinlər vurğulayıblar.
Tarix: 11-07-2023, 09:35
Xəbəri paylaş





Xəbər lenti