Bərbad günə qalan Nərimanov sakinləri Elgin Həbibullayevdən kömək istədi - FOTOLAR
Hələ qış gəlməyib, yay fəslidir, bir neçə dəqiqəlik yağan yağış demək olar ucqar rayonlarda olduğu kimi paytaxt Bakınında mərkəz ərazilərini də iflic hala salır.Son dövrlər ölkədə icra strukturlarında baş verən islahatlar bəzi korrupsioner və dövlət büdcəsindən ayrılan pulları şəxsi mənafeləri üçün xərcləyərək həbsə məhkum olunan icra başçılarda az deyil.
Təsüflər olsun ki, onların yerinə olunan təyinatlar da demək olar insanların etimadın doğrultmur, onlarda ruh düşkünlüyü yaradır. Bunlardan biri də Bakının paytaxtı sayılan şəhərin tam mərkəzi Nərimanov rayonudur.
Abdin Fərzəliyev Şahmar İbadovun xarabalığa çevirdiyi bu bölgəyə Elgin Həbibullayev icra başçısı təyin olunandan sonra demək olar etimatları heç də doğrultmadı.
Sözügedən ərazinin Daş Kərxanası ev 386 ünvanda (Montin) yaşayan sakinlər
"Azərbaycan Reallığı"na bildirirlər ki, bir az yağış yağan kimi yağış suları evlərinin içinə kimi hətta yatdıqları otaqa kimi gəlib çıxır, yol bərbad hala qalır, insanlar işə, uşaqlar məktəbə gedə bilmir.
Bundan əlavə olaraq nəmişlik xəstəlik artıq adi hala çevirilib, insanların sağlamlığında ciddi problemlər yaranıb. Adiyyəti üzrə qurumlara dəfələrlə muraciət etsələr də baxan yoxdur amma sakinlər yenə ümidlidirlər, ümüdvardılar məsələ ictimailəşəndən sonra rayona prezidentin etimad göstərib təyin etdiyi icra başçısı Elgin Həbibullayev imdadlarına çatacaq və öz köməkliyini göstərəcək (Sakinlərin əlaqə nömrəsi: 0553604218)
Tarix: 17-07-2023, 21:55