Bu halda neftçilərə verilən əməkhaqqıdan vergi tutulurmu? - Ekspertdən AÇIQLAMA

Bu halda neftçilərə verilən əməkhaqqıdan vergi tutulurmu?
65 yaşına çatmış və Əmək müqaviləsi ləğv edilən neftçilərə ödənilən əməkhaqqının 5 mislindən gəlir vergisi tutulurmu?
Bu sualla əlaqədar da Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə mütəmadi suallar daxil olur, bu səbəbdən də bu suala ətraflı cavab verməyə çalışacam:
1.Bu mövzuda verilən suallarda göstərilən və ödənilın məbləğin, yəni, əmək haqqının 5 misli məbləğində ödənişin verilməsi birbaşa olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmamışdır.
2. Bu Əmək Məcəlləsinin tələblətinə uyğun olaraq İşəgötürənlə İşçi arasında qarşılıqlı razılıq əsasında bağlanmış Razılaşmadır.
3. Həm Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, həm də işçilərlə bağlanmış Əmək müqaviləsinə əsasən işçilərə: AR-nın Əmək Məcəlləsində nəzərdə tutulandan artıq güzəşt və təminatlar verilə bilər.
4. Əmək müqaviləsinə xitam verilmiş işçilərə ödənilən 5 misli məbləğində əmək haqqının ödənilməsi: SOCAR-n müəssisələri ilə işçilər arasında könüllü Razılaşma əsasında həyata keçirilir. Bir daha qeyd edirəm ki, həm əmək münasibətləri dövründə, həm də əmək müqaviləsi ləğv edilərkən: İşəgötürən və İşçi Əmək Məcəlləsində nəzərdə tutulan güzəşt və imtiyazlardan əlavə təminatlar barədə razılığa gələ bilərlər.
5. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə məlum olduğuna görə və ya işçilərin bizə bildirdiyinə və ya təqdim etdiyi sənədlərə əsasən deyə bilərik ki: SOCAR-da və onun tərkibinə daxil olan müəssisələrdə pensiya yaşına çatmış işçi ilə Razılaşmaya əsasən, əgər işçi bir ay müddətində Ərizə yazmaqla (bir çox işçinin Əmək müqaviləsin də də nəzərdə tutulur) şəxsi ərizəsi əsasında Əmək müqaviləsinin ləğv edilməsini xahiş edərsə, bu halda müəssisə tərəfindən ona əmək haqqının 5 misli məbləğində əlavə ödəniş verilir.
6. Qeyd olunan və işçiyə ödənilən bu əmək haqqının 5 misli məbləğində ödəniş: əgər işçi ilə bağlanmış Əmək müqaviləsinə əmrlə öz xahişi ilə ləğv edilməsi kimi rəsmiləşirsə və əmək haqqı kimi ödənilirsə (bizə məlum olduğu kimi də bu belədir) bu halda verilən 5 misli məbləğində əmək haqqından gəlir vergisi tutulması qanunidir.
7. Belə ki, Əmək müqaviləsinə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi və ya 69 - cu maddəsi ilə xitam verilirsə, bu halda işçilərə bu səbəbdən ödənilən pul-müavinət kimi deyil, əmək haqqı kimi ödənildiyindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən - əmək haqqı kimi bu ödənişdən gəlir vergisi tutulur.
8. Ümumiyyətlə,Azərbaycan Respublikasının Vergi Məcəlləsinin102-ci maddəsinə əsasən yalnız: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi və işçilərin sayının azaldılması və ya ştatların ixtisarı əsası ilə əmək müqaviləsi ləğv edilmiş işçilərə ödənilən müavinətlər gəlir vergisindən azaddır.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - DİA.AZ
Tarix: 20-07-2023, 23:16
Xəbəri paylaş





Xəbər lenti