“Araz” marketin üfunətli deposu: Məhsullar zibillik yuvasında saxlanır - VİDEOFAKT

“Araz” marketin üfunətli deposu: Məhsullar zibillik yuvasında saxlanır
"Araz" supermarketin Tbilisi prospektində yerləşən mağazasının deposu əsl zibilxananı xatırladır.
DİA.AZ Bakupost.az-a istinadla xəbər verir ki, şəhərin ən iri marketinin mal qəbul etdiyi və qalıq məhsulları saxladığı depo marketin yan tərəfindədir. Toz- torpaqlı, üfunətli zibil qutuları ilə dolu, həmçinin xarab olmuş meyvə-tərəvəz məhsullarının yığıldığı deponun qapısı da çöldəki zibilliyə açılır.
Ərazidə zibil qutularını boşaldan Mənzil-Kommunal Təsərrüfatının işçiləri buranın mal qəbul edilən yer olduğunu bildirdi. Depoda olan işçidən "bura zibilxanadır, ya anbar" soruşduqda, o, “depodur, nə lazımdır?” deyə soruşdu.
Deponun içi isti, milçəkli, qapısının qarşısı isə zibil qalıqları və üfunətli suyun içindəydi. Deponun dərinliyində işçilərin geyinib-soyunduğu kiçik budka da görünürdü.
Müşahidələrimiz zamanı bir neçə işçinin marketdən çıxıb bura girdiyini və sonra yenidən marketə qayıtdığını gördük. İşçilər bu zibillik yuvasını ayaqlayıb keçərək yenidən marketə qayıdırlar. Nəticədə market və orada satılan məhsullar çirklənməyə məruz qalır.
Deponun içinin və ətraf ərazinin günlərdir yuyulub təmizlənmədiyi aydın görünür.
Bir sözlə, burada sanitar qaydalar tamamilə pozulur.
Çox güman ki, əksər "Araz" və digər marketlərdə də vəziyyət belədir. “Araz” market təkcə deposunu deyil, marketin girişini, divarları və səkini də çirk, tüpürcək və tozdan təmizləmək üçün arada yusa, heç də pis olmaz.



Tarix: 26-07-2023, 18:00
Xəbəri paylaş





Xəbər lenti