AccessBank-ın Salyan filialı vətəndaşları girov götürür?
Maraqlı bir məlumatı sizinlə bölüşmək qərarına gəldim.
Belə ki, bir nəfər “AccessBank”ın Salyan rayon filialından pul götürmək üçün yaxın birinə zamin dayanıb.Məbləğ 10 min manat olub.Pulu götürən şəxs müəyyən müddət ərzində pulun 5 min manatını ödəyib.Bir müddət keçdikdən sonra pulu götürən kredit müqaviləsini zaminin iştirakı olmadan yenidən təzələyib və yerdə qalan məbləği yenidən 10 min edib.Bununla bağlı zamin banka zəng edərək etirazını bildirib.
Çox maraqlıdır ki, bank işçisi zaminə “Varavskoy” dili ilə deyib ki, vəziyyət belədir, razı olsanız da, olmasanız da, pulu götürən şəxs 10 il sizin zaminliyiniz ilə sizin adınıza pul götürə bilər:))Bununla bağlı zamin bankın 151 xidmətinə də zəng edərək etiraz edib ki, niyə mənim iştirakım olmadan belə bir iş görülüb, mən bununla razı deyiləm.Amma nəticə dəyişməyib.
Uzun sözün qısası, mən belə başa düşdüm ki,“AccessBank” zamin vətəndaşı 10 illik girov götürüb.Düşünürəm ki,banklar insanların qanını içmək bir yana, kredit narkomanı kimi özlərindən asılı vəziyyətdə saxlamaq istəyirlər.
Məsələ ilə bağlı bankın Müşahidə Şurasının üzvü xanım Andrea Haqmanna,Corc Rubliyə,Oleq İvaniyçukə məktub ünvanlayıb,bu barədə fikirlərini öyrənmək istədim, lakin hələlik xəbər yoxdur.
Yazı Bəhruz Əliyevin feysbuk səhifəsindən götürülmüşdür.Bəhruz Əliyev,
Siam.az
Tarix: 27-07-2023, 15:56